İspaniyanın Əndəlüs bölgəsindəki Kordova yaxınlığında iki sürətli qatar relsdən çıxıb.
Bakıvaxtı.az xarici mətbauta istinadla xəbər verir ki, nəticədə 21 nəfər həyatını itirib.
Qəzaya uğrayan qatarlardan birində 317, digərində isə 100 sərnişin olub.
Hadisə yerinə səyyar reanimasiya bölmələri və hərbi təcili yardım heyəti göndərilib, sərnişinlərin təxliyəsi davam edir.
Qatarın relsdən çıxmasının səbəbləri hələlik açıqlanmayıb.
Əli Hüseynov
Bakı 




