• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Rəşt-Astara dəmir yolunun tikintisinə bu tarixdə başlanılacaq

DÜNYA

18 Fevral 2026 | 11:54

Rəşt-Astara dəmir yolunun tikintisinə bu tarixdə başlanılacaq

Rusiya və İran aprelin 1-də Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib.

    O qeyd edib ki, tərəflər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri həllinə nail ola bilib.

    Tsivilyevin sözlərinə görə, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi kimi dəmir yolunun tikintisi ilə bağlı demək olar bütün məsələləri, o cümlədən torpaqların alınması və imtiyazların alınması məsələlərini həll ediblər: “Tərəflər hazırda Rusiya şirkətlərinin İranda günəş və külək enerjisi stansiyalarının tikintisi layihələrində iştirak perspektivlərini müzakirə edirlər”./APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR