• Bakı 10° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tehranda yenidən partlayışlar oldu

DÜNYA

20 Mart 2026 | 11:23

Tehranda yenidən partlayışlar oldu

Tehranda ən azı dörd yeni partlayış baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Partlayışların şəhərin hansı ərazilərində eşidildiyi barədə hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb./Oxu.Az


SON XƏBƏRLƏR

19 Mart 2026