• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Uitkoff: Rusiya və Ukrayna razılığa gəldi

DÜNYA

18 Fevral 2026 | 11:20

Uitkoff: Rusiya və Ukrayna razılığa gəldi

Ukrayna və Rusiya nümayəndələri öz liderlərini məlumatlandırmaq və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəlib.

Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff özünün X səhifəsində yazıb.

“Prezident Trampın göstərişi ilə ABŞ Ukrayna və Rusiya arasında üçüncü üçtərəfli müzakirələr qrupuna moderatorluq etdi. Trampın bu müharibənin hər iki tərəfini bir araya gətirməkdəki uğuru əhəmiyyətli irəliləyişlərə səbəb olub. Biz bu dəhşətli münaqişədə qətllərin qarşısını almaq üçün onun rəhbərliyi altında çalışmaqdan qürur duyuruq”, - o qeyd edib.

Qeyd edək ki, dünən Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında qapalı görüş keçirilmişdi.


SON XƏBƏRLƏR

17 Fevral 2026