• Bakı C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 2.1807

Rusiya və Ukrayna arasında məhbus mübadiləsi baş tutacaq

DÜNYA

19 Yanvar 2026 | 15:18

Rusiya və Ukrayna arasında məhbus mübadiləsi baş tutacaq

Rusiya İnsan Hüquqları üzrə Komissarı Tatyana Moskalkova ukraynalı həmkarı Dmitri Lubinets ilə görüşüb.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, görüşdə məhbus mübadiləsinin tezliklə həyata keçirilməsinin vacibliyini qaldırıb.

O, mümkün mübadilə üçün hazırda Rusiyada olan ukraynalı hərbçilərin siyahısını təqdim edib.

Moskalkova bildirib ki, sevdiklərini gözləyən analar və həyat yoldaşları onların tezliklə evə qayıtmasını gözləyir.

Qeyd edək ki, daha əvvəl onlar Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə ikitərəfli görüş keçiriblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR