• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Belarus MDB-nin bu sazişindən çıxdı

DÜNYA

18 Fevral 2026 | 13:19

Belarus MDB-nin bu sazişindən çıxdı

Belarus Baş naziri Aleksandr Turçin Dövlət Gömrük Komitəsinin MDB-yə üzv dövlətlərin gömrük orqanları arasında gömrük sonrası nəzarət sahəsində əməkdaşlıq haqqında porotokoldan çıxması barədə fərman imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qərarda bildirilir ki, Belarus Dövlət Gömrük Komitəsinin bu protokoldan çıxması ilə bağlı təklifinə Xarici İşlər Nazirliyi və Ədalət Nazirliyi ilə razılaşdırılmış şəkildə razılıq verilib.

Həmçinin qeyd olunur ki, MDB ölkələrinin gömrük orqanları arasında əməkdaşlıq haqqında protokol 2012-ci ilin sentyabrında Petro-Pavlovsk-Kamçatka şəhərində imzalanıb.

Sənədə əsasən, Xarici İşlər Nazirliyinə çıxış barədə məlumat vermək tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR