• Bakı 27° C

    15.02 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Abbas Əraqçi britaniyalı həmkarı ilə danışdı

DÜNYA

20 Mart 2026 | 12:42

Abbas Əraqçi britaniyalı həmkarı ilə danışdı

İranın xarici işlər naziri Abbas Əraqçi ilə britaniyalı həmkarı İvet Kuper arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər regionda artan gərginliyi və ikitərəfli münasibətləri müzakirə ediblər.

Abbas Əraqçi söhbət zamanı Londonun İran əleyhinə fəaliyyət göstərən bəzi media və siyasi platformalara şərait yaratmasını tənqid edib. O, həmçinin ölkəsinə qarşı həyata keçirilən son hərbi müdaxilələrin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. İran rəsmisi qeyd edib ki, regional sabitliyin bərpası üçün hərbi əməliyyatlar dayandırılmalı və gərginliyin təkrarlanmaması üçün təminatlar verilməlidir.

İvet Kuper isə öz növbəsində regionda hərbi fəaliyyətlərin dayandırılmasının və gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. O, münaqişənin Hörmüz boğazındakı sabitliyə, eləcə də qlobal iqtisadiyyata mənfi təsirlərindən narahatlığını ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026