• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0132

    RUB - 2.2246

II Qaregin həbs edilə bilər

DÜNYA

18 Fevral 2026 | 14:09

II Qaregin həbs edilə bilər

Fevralın 16-da Ermənistan Baş Prokurorluğu bütün ermənilərin katolikosu II Qaregin barəsində cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumdan yerli KİV-ə bildirilib.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 507-ci maddəsinin 2-ci bəndi üzrə başlanıb. Bu maddə hakimiyyət və ya xidməti səlahiyyətlərdən və ya onlarla bağlı təsirdən istifadə edərək məhkəmə qərarının icrasının qarşısını almağa və ya onun icrasına mane olmağa aiddir.

Cinayət işi aşağıdakı cəza növləri ilə nəticələnə bilər:

Maksimum miqdarda cərimə;

80-150 saatlıq ictimai iş;

Maksimum 2 il müddətinə məhdud azadlıqdan məhrumetmə:

Maksimum 2 ay müddətinə qısa müddətli həbs;

Maksimum 2 il müddətinə həbs./Teleqraf 


SON XƏBƏRLƏR