Pakistanın Karaçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində altı nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Ölənlər arasında bir yanğınsöndürənin olduğu, 20-dən çox insanın yaralandığı və bəzi insanların hələ də çoxmərtəbəli ticarət mərkəzi binasında qaldığı bildirilir. 1200 müəssisənin yerləşdiyi "Gul Plaza" ticarət mərkəzinin bəzi hissələri uçub və yanğınsöndürənlər bunun xilasetmə işlərinə mane olduğunu bildirirlər.
Bakı 




