ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səkkiz NATO ölkəsinə qarşı yeni rüsumlar tətbiq etmək hədələri transatlantik münasibətləri sarsıdır və gərginliyin artmasına səbəb ola bilər.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçin birgə bəyanatında qeyd olunub.
Bəyanata görə, Trampın tariflərlə təhdid etdiyi ölkələr suverenliklərini qətiyyətlə müdafiə etmək niyyətindədirlər.
"Biz Danimarka Krallığı və Qrenlandiya əhalisi ilə tam həmrəylik ifadə edirik. Ötən həftə başlayan prosesə əsaslanaraq, biz suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında dialoqa hazırıq. Biz bu prinsipləri qətiyyətlə müdafiə edirik. Biz bundan sonra da vahid cəbhə və koordinasiyalı şəkildə reaksiya verəcəyik. Suverenliyimizi qorumaqda qətiyyətliyik", – sənəddə vurğulanıb.
Sənəddə həmçinin vurğulanıb ki, Arktikada təhlükəsizliyin təmin olunması NATO-nun ümumi vəzifəsidir və Danimarkanın koordinasiya etdiyi "Arctic Endurance" təlimləri heç kim üçün təhlükə yaratmır.
Gülşən Şərif
Bakı 




