• Bakı C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Simonyan 44 günlük müharibənin hesabatından danışdı

DÜNYA

19 Yanvar 2026 | 12:38

Simonyan 44 günlük müharibənin hesabatından danışdı

44 günlük Qarabağ müharibəsini araşdıran İstintaq Komitəsinin hesabatı məxfi məlumatlar ehtiva etdiyi üçün plenar iclasda müzakirə edilə bilməz.

Bakıvaxtı.az Armenpress-ə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib.

Parlament sədri qeyd edib ki, hesabatla bütün deputatlar tanış ola bilər, lakin məxfi məlumatların olması zaldakı təqdimatı məhdudlaşdırır.

Ermənistanın spikeri müxalifət deputatlarını hesabatı oxumağa çağırıb və bildirib ki, yalnız bir neçə deputat bu imkandan istifadə edib.

Simonyan həmçinin fərziyyələrə əsaslanaraq hesabatı tənqid etməyi qəbuledilməz hesab edib.

Deputat Geqam Manukyan isə istintaq komitəsinin hesabatının Milli Məclisdə müzakirəyə təqdim edilməli olduğunu vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR