Avropa ölkələri və ABŞ tərəfindən Qrenlandiya məsələsi ilə bağlı qarşılıqlı olaraq tariflərin tətbiq edilməsi heç kimə fayda verməyəcək.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmer deyib.
Onun sözlərinə görə, müttəfiqlərə qarşı tariflərə əl atmaq tamamilə səhvdir:
"Ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil. Mənim vəzifəm həmişə Böyük Britaniyanın milli maraqlarına uyğun hərəkət etməkdir. Danimarkanın özünüidarəetmə ərazisi olan Qrenlandiyanın taleyinə yalnız Danimarka və Qrenlandiya xalqı qərar verməlidir".
O qeyd edib ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp, Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte ilə problemin həlli yollarını tapmaq üçün danışıb. O, həll yolu tapmaq üçün Avropadakı müttəfiqləri, NATO və ABŞ ilə işləməyə davam edəcəyinə söz verib.
Gülşən Şərif
Bakı 




