• Bakı C

    5.33 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Avtobus qaz kəmərini zədələdi - Abonentlər istiliksiz qaldı

HADİSƏ

20 Dekabr 2025 | 18:39

Avtobus qaz kəmərini zədələdi - Abonentlər istiliksiz qaldı

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, hadisə baş verəndən sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.

Bərpa işləri yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.


SON XƏBƏRLƏR

19 Dekabr 2025