ABŞ Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ailə üzvlərinə, tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik Maduro və onun həyat yoldaşı ilə əlaqəli olduğunu iddia etdiyi yeddi şəxsə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Buraya ABŞ-nin dövlət neft şirkətində korrupsiya sövdələşməsində iştirakını iddia etdiyi Maduronun həyat yoldaşının qardaşı oğlu Karlos Erik Malpika Floresin qohumları da daxildir.
Sanksiyalar həmçinin Maduronun həyat yoldaşının bacısı olan Floresin anasına, atasına, bacısına, həyat yoldaşına və qızına qarşı tətbiq edilib.
ABŞ Maliyyə Naziri Skott Bessent onları "Nikolas Maduronun cinayətkar narko dövlətini dəstəkləməkdə" ittiham edib.
"Venesuelanın ölkəmizi ölümcül narkotiklərlə doldurmağa davam etməsinə icazə verməyəcəyik. Maduro və onun cinayətkar tərəfdaşları yarımkürəmizin sülh və sabitliyini təhdid edir", - deyə o əlavə edib.
Bakı 




