Ukrayna və Amerika nümayəndə heyətləri ABŞ-dəki danışıqlar zamanı iqtisadi məsələləri və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər və Davosda keçirilən Dünya İqtisadi Forumunda nümayəndə heyətləri səviyyəsində müzakirələri davam etdirmək niyyətindədirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov bildirib.
O, həftəsonu Floridada keçirilən son danışıqlardan sonra heç bir razılaşma əldə olunmadığını açıqlayıb.
Umerov özünün "Telegram" kanalında yazıb: "Biz Ukraynanın iqtisadi inkişafını və çiçəklənmə planını, eləcə də təhlükəsizlik zəmanətlərini ətraflı müzakirə etdik və onların həyata keçirilməsi üçün praktik mexanizmlərə diqqət yetirdik. Davosda məsləhətləşmələrin növbəti mərhələsi üçün komanda səviyyəsində işləməyə davam etmək barədə razılığa gəldik".
Aynur Babazadə
Bakı 




