"Qarabağ" klubu zədəli futbolçuları ilə bağlı məlumat yayıb.
Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, məlumatda qeyd edilib ki, "Sabah"la görşüdə sıradan çıxan Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.
Bud-çanaq oynağından əməliyyat olunan qapıçı Şahruddin Məhəmmədəliyevin həkimlərin rəyinə əsasən müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.
Bir müddətdir zədədən əziyyət çəkən Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Hər üç futbolçunun müalicə prosesinin klubun tibbi heyətinin nəzarəti altında davam etdiyi bildirilib.
Bakı 




