“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini müvəqqəti olaraq Dennis Şmitt çalışdıracaq.
O, “Ayntraxt”ın U-21 komandasının baş məşqçisidir.
Şmitt bu postda istefaya göndərilən Dino Toppmölleri əvəzləyib.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt Frankfurt” yanvarın 21-də qarşılaşacaq./Teleqraf
***
16:33
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi olan Almaniyanın “Ayntraxt Frankfurt” klubu baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bakı 





