• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

 Totti "Roma"ya qayıtmaq ehtimalını təsdiqləyib

İDMAN

16 Fevral 2026 | 21:42 | Müəllif: Subhan Mahmudov

Totti "Roma"ya qayıtmaq ehtimalını təsdiqləyib

İtaliya təmsilçisi "Roma"nın keçmiş kapitanı Françesko Totti klubda texniki direktor vəzifəsinə qayıtmaq ehtimalı ilə bağlı danışıqlar apardığını təsdiqləyib.

Bakıvaxtı.az "Sky Sport"a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl "Roma"nın baş məsləhətçisi Klaudio Ranieri klub rəhbərliyinin əfsanəvi futbolçunu yenidən komandaya cəlb etməyi nəzərdən keçirdiklərini açıqlamışdı.

Totti məsələ ilə bağlı verdiyi açıqlamada yayılan məlumatları təsdiqləyib. O bildirib ki, tərəflər arasında danışıqlar davam edir və müəyyən detallar müzakirə olunur.

Keçmiş kapitan əlavə edib ki, hazırda yekun qərar verilməyib.

Qeyd edək ki, Totti 1993-cü ildən 2017-ci ilə qədər "Roma"da çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026