• Bakı C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

“Milan” onunla yolları ayırır

İDMAN

17 Mart 2026 | 19:20

“Milan” onunla yolları ayırır

İtaliyanın “Milan” klubu portuqaliyalı ulduz hücumçusu Rafael Leaunu yay transfer pəncərəsində satmaq qərarına gəlib.

Bakıvaxtı.az  “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, klubun bu qərarına səbəb futbolçunun A Seriyasının XXIX turunda “Latsio” ilə oyundakı (0:1) intizamsızlığı olub.

Martın 15-də baş tutan matçın 66-cı dəqiqəsində əvəzlənən 26 yaşlı forvard buna sərt reaksiya göstərərək həm komanda yoldaşlarını itələyib, həm də baş məşqçi Massimiliano Alleqriyə qarşı hörmətsizlik nümayiş etdirib.

Klub rəhbərliyi Leaunun davranışından sonra onunla yollarını ayırmağı planlaşdırır. Portuqaliyalının müqaviləsində 170 milyon avroluq sərbəstqalma maddəsi olsa da, “rossonerilər”in 80 milyon avrodan başlayan təklifləri ciddi şəkildə dəyərləndirəcəyi bildirilir.


SON XƏBƏRLƏR