• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

8 qızıl medal - Güləşçilərimizdən uğurlu nəticə

İDMAN

15 Aprel 2026 | 14:55

8 qızıl medal - Güləşçilərimizdən uğurlu nəticə

Türkiyənin Antalya şəhərində təşkil edilən güləş üzrə “Zəfər Kuboku” başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ənənəvi turnirin son günündə 5 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Nihad Süleymanlı (80 kq) və Hakim Tağıyev (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Yunan-Roma güləşində isə Zəka Yusubovla (80 kq) Məhəmməd Mustafayev (110 kq) eyni nəticəyə imza atıb. İsfahan Həsənov (80 kq) isə bürünc medalı boynundan asıb.

Sərbəst güləş üzrə millimiz ənənəvi turniri 3 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayaraq, 147 xalla komanda hesabında 2-ci yeri tutub. Yunan-Roma güləşi üzrə yığmamız isə 5 qızıl, 2 gümüş və 2 bürünc medalla 169 xal toplayıb və ümumi sıralamada 2-ci pillədə yer alıb.


SON XƏBƏRLƏR