• Bakı C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

“Ural”ın futbolçusuna daha bir ağır ittiham

İDMAN

17 Mart 2026 | 19:41

“Ural”ın futbolçusuna daha bir ağır ittiham

Rusiyanın "Ural" futbol klubunun futbolçusu Daniil Sekaçın işi ilə bağlı yeni və dəhşətli detallar üzə çıxıb. Qadın qətlində ittiham olunan idmançıya qarşı indi də yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmə maddəsi ilə cinayət işi açılıb.

Bakıvaxtı.az bildirir ki, hazırda cinayətin digər iştirakçılarının və təşkilatçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Sekaç bir müddət əvvəl Moskvada 48 yaşlı qadını öldürməkdə şübhəli bilinərək saxlanılmışdı. Məhkəmənin qərarı ilə futbolçu barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Daniil Sekaç futbol təhsilini "Lokomotiv" akademiyasında alıb, daha sonra "Rostov"un gənclər komandasında çıxış edib. O, həmçinin "Strogino" məktəbinin və "Master-Saturn" akademiyasının yetirməsidir./İdman.biz


SON XƏBƏRLƏR