• Bakı C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Flik Kanselu qarşısında sərt tələb qoyub

İDMAN

17 Mart 2026 | 20:15

Flik Kanselu qarşısında sərt tələb qoyub

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Hansi Flik Joau Kanselunun "Sevilya" üzərində qazanılan qələbədəki parlaq oyununa baxmayaraq, ondan daha artığını tələb edir.

Bakıvaxtı.az bildirir ki, ki, almaniyalı mütəxəssis ulduz futbolçunun hücumdakı məhsuldarlığına heyran olsa da, eyni kəskinliyi müdafiə oyununda da görmək istəyir. Kanselunun hücum keyfiyyətləri mübahisəsiz olsa da, müdafiədəki çatışmazlıqları uzun müddətdir diqqət çəkir və Flik onun tam potensialını ortaya çıxarmaq üçün bu sahədə təkmilləşmə gözləyir.

31 yaşlı futbolçudan Flikin riskli yüksək müdafiə xəttinə uyğunlaşmaq üçün böyük dəqiqlik, intellekt, oyunu anlama və sürət tələb olunur. Buna baxmayaraq, "Sevilya"ya qarşı nümayiş etdirdiyi yüksək səviyyəli oyun Kanseluya böyük inam verib.

Hazırda "Əl-Hilal"a məxsus olan 31 yaşlı müdafiəçinin məqsədi Kataloniya klubunu onu birdəfəlik transfer etməyə inandırmaqdır. O, komandanın heyətində keçirdiyi 10 oyunda bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb./İdman.biz

 


SON XƏBƏRLƏR