• Bakı 12° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

İDMAN

17 Fevral 2026 | 09:22

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə bu gün start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, kişilərin yarışında turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə, Read Səmədov isə Məhəmməd Muradlı ilə üz-üzə gələcək.

Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva Gülnar Məmmədova ilə, Türkan Məmmədyarova Ayxan Allahverdiyeva ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.


SON XƏBƏRLƏR

16 Fevral 2026