Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubu baş məşqçi İmanol Alquasil postundan qovulub.
Bakıvaxtı.az xəbər verir ki, "Əl-Əhli"yə 2:5 hesablı məğlubiyyətlə nəticələnən görüş rəhbərliyin səbrini daşıran son damla olub.
Bask mütəxəssis "Real Sosyedad"dan ayrıldıqdan sonra yaydan etibarən Asiya təmsilçisinə rəhbərlik edirdi. Lakin o, Səudiyyə Ərəbistanı çempionatında özünü təsdiqləyə bilməyib. Qeyri-sabit çıxış klub rəhbərliyini kadr dəyişikliklərinə əl atmağa məcbur edib.
Yerli mətbuatın iddiasına görə boş qalan vəzifəyə iki əsas namizəd var: Qus Poyet və Vəlid Reqrahi.
Bakı 




