"Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanında “Yuventus”u qəbul edəcək.
Bakıvaxtı.az #xəbər verir ki, baş məşqçi Okan Buruk komandanın aparıcı futbolçularından Mario Leminanın bu qarşılaşmada iştirak edə bilməyəcəyini açıqlayıb.
Qabonlu yarımmüdafiəçi zədə səbəbindən sıradan çıxıb. 32 yaşlı futbolçunun cavab görüşünə qədər tam hazır olacağı gözlənilir.
Qeyd edək ki, Qalatasaray ilə Juventus arasında oyun fevralın 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bakı 




