"Real"ın fransalı ulduzu İspaniya çempionatında əlamətdar göstəriciyə nail olub.
Bakıvaxtı.az xəbər verir ki, "kral klubu"nun hücumçusu Kilian Mbappe La Liqanın növbəti turunda "Levante" ilə görüşdə fərqlənərək çempionatdakı qol sayını 50-yə çatdırıb.
İkinci hissədə penaltini dəqiq yerinə yetirən forvard bu rəqəmə cəmi 53 matçda çatıb. "Opta"nın məlumatına görə, 21-ci əsrdə La Liqada 50 qol həddini Mbappedən daha tez keçən yeganə futbolçu Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu bu göstəriciyə 51 matçda nail olmuşdu.
Qeyd edək ki, "Real - "Levante" qarşılaşması Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bakı 




