"Nyukasl"ın kapitanı Bruno Gimaraynş UEFA Çempionlar Liqasının pley-off görüşlərində "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.
Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan kənar qalacaq.
28 yaşlı futbolçunun bud əzələsindən ciddi zədə alıb.
Xatırladaq ki, Azərbaycan çempionunun "sağsağanlar"la duelləri fevralın 18-də və 24-də baş tutacaq./Trend
Bakı 




