• Bakı C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

İdmançılarımızın qazandıqları medallar yenisi ilə əvəz olundu

İDMAN

16 Mart 2026 | 22:15

İdmançılarımızın qazandıqları medallar yenisi ilə əvəz olundu

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşınmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya Komitəsinə (MOK) verdiyi məlumatda bildirilib.

Qeyd edilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.


SON XƏBƏRLƏR