• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

“Qarabağ”ın biletləri onlar üçün pulsuz olacaq

İDMAN

14 Aprel 2026 | 14:05

“Qarabağ”ın biletləri onlar üçün pulsuz olacaq

Aprelin 18-də keçiriləcək “Qarabağ”-“Sabah” oyununa giriş xanım azarkeşlər üçün pulsuz olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın XXVIII turu çərçivəsində “Sabah”la keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün giriş tamamilə pulsuzdur.

Bununla belə stadiona biletsiz girişin mümkün olmadığı da vurğulanıb.

Qeyd edək ki, qarşılaşma saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


SON XƏBƏRLƏR