• Bakı C

    9.29 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

"Barselona"dan yeni rekord

İDMAN

16 Mart 2026 | 22:34

Barselonadan yeni rekord

"Barselona" İspaniya çempionatının 28-ci turunda "Sevilya"nı darmadağın edərək yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, kataloniyalılar cari mövsümün ilk 28 oyununun hər birində rəqib qapısına yol tapmağı bacarıblar. Flikin yetirmələri bu göstərici ilə Yohan Kroyffun rəhbərlik etdiyi komandanın 1991/1992 mövsümündəki rekordunu geridə qoyublar. 

Kroyffun dövründə 28 turdan sonra komandanın aktivində 57 qol olduğu halda, hazırkı heyət artıq 77 dəfə rəqib qapılarını silkələyib.

Qeyd edək ki, "Barselona" - "Sevilya" matçı meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Klubun tarixində mütləq rekord isə 2012/2013 mövsümünə aiddir. Həmin vaxt komanda çempionatın bütün oyunlarında qol vurmağa nail olublar.


SON XƏBƏRLƏR

16 Mart 2026