Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən “Sabah” və “Mingəçevir” bu gün yoxlama oyununda üz-üzə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Valdas Dambrauskasın komandası rəqibinə 9:1 hesabı ilə qalib gəlib.
“Sabah”ın heyətində Xəyal Əliyev və Velko Simiç het-trikə imza atıblar. Digər qolları isə Umarali Raxmonaliyev (penalti), Kahim Parris və Tellur Mütəllimov vurublar.
Qeyd edək ki, bundan öncə “Sabah” “Şamaxı” ilə üz-üzə gəlib və qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı 




