• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Direktoru divara çırpan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

19 Dekabr 2025 | 23:12 | Müəllif: Subhan Mahmudov

Direktoru divara çırpan müəllimlə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.

“Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır”, - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026