• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fənn olimpiadalarında 48 minə yaxın şagird iştirak etdi

CƏMİYYƏT

18 Yanvar 2026 | 14:37

Fənn olimpiadalarında 48 minə yaxın şagird iştirak etdi

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkə üzrə uğurla təşkil olunub. Olimpiadada VIII–XI siniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarında keçirilib.

Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ – respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.

Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin fənlərə olan marağını gücləndirmək, istedadlı şagirləri aşkar etmək və onların bilik səviyyəsini qiymətləndirməkdir.

Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri 27 yanvardan etibarən elan ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026