Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Bakıvaxtı.az-a Agentlikdən məlumat verilib.
Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.
Şagirdlərə ilkin tibbi yardım göstərilib, "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.
***
09:34
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi kütləvi zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.
Məktəbdən Bakıvaxtı.az-a bildirilib ki, dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:
"Dərhal şagirdlər xəstəxanaya çatdırılıblar. Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır".
Məlumata görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
***
09:07
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər.
Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib.
İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Bakı 




