• Bakı 12° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası AZALDILDI

CƏMİYYƏT

17 Fevral 2026 | 13:50

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəzası AZALDILDI

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, Səbail Rəayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deoprtasiya qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Sabail rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Təqsirləndirilən şəxslər cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaqlar.

    Xatırladaq ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.


    SON XƏBƏRLƏR