• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK

CƏMİYYƏT

15 Aprel 2026 | 19:07

Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə işıqforlarla tənzimlənəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb:

"7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd işıqfor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir. Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır".


SON XƏBƏRLƏR