Xəbər verdiyimiz kimi, Londonda Ukrayna ilə müttəfiq olan təxminən 50 ölkənin iştirak etdiyi hərbi koordinasiya görüşündə Ukraynaya böyük həcmdə dronların çatdırılması elan edilib. Görüş çərçivəsində London bu il Ukraynaya 120 min dron göndərəcəyini açıqlayıb ki, bu da Britaniyanın indiyə qədər sözügedən silahlarla bağlı ən böyük tədarükü olacaq.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu xəbərdən sonra Rusiya Avropadakı dron istehsal müəssisələrini hədəf alacağı ilə hədələyib. Rusiya Müdafiə Nazirliyi Birləşmiş Krallıq, Almaniya, Danimarka, Latviya, Litva, Niderland, Polşa və Çexiyada yerləşən Ukrayna dron istehsal müəssisələrinin, eləcə də Almaniya, İspaniya, İtaliya, Çexiya, İsrail və Türkiyədəki komponent istehsal müəssisələrinin siyahısını dərc edib.
Təhlükəsizlik Şurasının vitse-prezidenti Dmitri Medvedev açıq şəkildə bildirib ki, Rusiya Müdafiə Nazirliyinin açıqlaması qəbul edilməlidir: dronlar və digər avadanlıqlar istehsal edən Avropa müəssisələrinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərin siyahısıdır. Zərbələrin isə nə vaxt reallaşacağı sonrakı hadisələrdən asılıdır”.
Aydın Baxış
Bakı 




