“Aparıcılıq etdiyim dönəmlərdə çalışmışam belə məsləhətlər verməyim. Amma indi bir tamaşaçı kimi bütün xəbər aparıcılarına bir sözüm var: Ay qadanız alım, siz dediklərinizi bizə çatdırmaq, xəbəri bizə təqdim etmək üçün çalışırsınız, ya öz sürətli və çaşmadan danışmaq qabiliyyətinizi nümayiş etdirmək üçün?”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı İlhamiyyə Rza sosial şəbəkədə yazıb. Aparıcılara səslənən İ.Rza iradını bildirib:
“Ay canlar, heç kim bilməsə də mən axı bilirəm ki, suflyordan oxuyursunuz. Lap da əcəb eliyirsiniz. Amma bir dediklərinizin mahiyyətinə də varın. Vallah dinləyirəm amma xəbəri eşitmirəm. Nəyi eşitdirmək istəyirsinizsə, hə bax onu eşidirəm. Eşdirəm ki, sizdən bir dənədir, eşidirəm ki, "məni eşitməyə bilməzsiniz" . Razıyam, bir dənəsiniz, eşitməyə bilmərəm, çünki qışqırırsınız, gözəlsiniz və də ağıllısınız. Amma imkan verin xəbərin özünü də bir eşidək. Cümlələrinizi uzun etməyin. Qısa aydın cümlələrlə xəbəri, yaxud şərhinizi, nə demək istədiyinizi çatdırın. Axı onun üçün çıxırsınız ekrana... Hamıya aid deyil, böyük çoxluğa aiddir. Favorilərimin adını yazsam, digərləri inciyər. Hamınızı sevirəm”.
Bakı 




