Son 24 saat ərzində Livanın cənubunda İsrail ordusunun 21 hərbçisi yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bununla da Livanda hərbi əməliyyatların başlamasından bəri yaralanan hərbçilərin sayı 586 nəfərə çatıb.
Məlumata görə, yaralı hərbçilərdən 37-si ağır, 82 nəfər isə orta dərəcəli xəsarət alıb.
Bakı 




