• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Əraqçi: Tehran Vaşinqtona etibar edə bilməz

DÜNYA

15 May 2026 | 14:50 | Müəllif: Əli Hüseynov

Əraqçi: Tehran Vaşinqtona etibar edə bilməz

Tehran Vaşinqtona etibar edə bilməz və istənilən razılaşmadan əvvəl bütün məsələlər dəqiq şəkildə müəyyənləşdirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi brifinqdə jurnalistlərə bildirib.

    O, həmçinin bəzi qüvvələrin ABŞ-ı yenidən müharibəyə cəlb etməyə çalışdığını qeyd edib və diplomatik həllin vacibliyini vurğulayıb.

    “Biz ABŞ-a qətiyyən etibar edə bilmərik. Buna görə də hər şey istənilən razılaşmadan əvvəl dəqiq şəkildə müəyyən edilməli və aydınlaşdırılmalıdır”, — Əraqçi vurğulayıb.

    O əlavə edib ki, hazırda bölgədə gərginliyi artırmaq istəyən tərəflər var: “Bəzi qüvvələr Vaşinqtonu yenidən müharibəyə sürükləmək istəyir və ümid edirəm ki, müdriklik üstün gələcək və biz diplomatiya yolu ilə həllə doğru gedəcəyik”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Noyabr 2026