Türkiyənin Hakkari vilayətində ağır cinayət hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, vilayətin Şemdinli rayonunda qayınatasının evinə gələn hərbçi M.G. naməlum səbəbdən ailə üzvlərinə silahlı hücum edib.
Hadisə nəticəsində onun həyat yoldaşı, qayınanası, qaynı və baldızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Məlumata görə, 4 nəfəri öldürdükdən sonra M.G. eyni silahla intihara cəhd edib. Ağır yaralanan hərbçi xəstəxanaya çatdırılıb.
Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



