Özbəkistan Prezidenti Şavkat Mirziyoyev amerikalı həmkarı Donald Trampı ad günü münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev təbrik məktubunda D.Trampı Özbəkistana səfərə dəvət edib.
Qeyd edilib ki, Donald Trampın qətiyyətli liderliyi sayəsində ABŞ-nin beynəlxalq nüfuzu ardıcıl olaraq möhkəmlənir.
Həmçinin vurğulanıb ki, hazırda Özbəkistan və ABŞ arasında münasibətlər tarixinin ən yüksək mərhələlərindən birini yaşayır.
Özbəkistan Prezidenti iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının yeni səviyyəyə yüksəldilməsində maraqlı olduqlarını da ifadə edib.
Bakı 



