• Bakı 26° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

SON DƏQİQƏ: Türkiyədə zəlzələ OLDU

DÜNYA

14 Iyun 2026 | 11:22

SON DƏQİQƏ: Türkiyədə zəlzələ OLDU

Türkiyənin müxtəlif bölgələrində ard-arda yeraltı təkanlar qeydə alınmaqda davam edir.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkədə baş verən son zəlzələlərlə bağlı məlumatları yeniləyib.

Seysmik qurşaqda yerləşən Türkiyədə gün ərzində müxtəlif gücdə sarsıntılar qeydə alınır.

AFAD və Kandilli Rəsədxanasının yaydığı son dəqiqə məlumatına əsasən, bu gün – 14 iyun 2026-cı il tarixində saat 05:19-da Muğla vilayətinin Ula rayonunda 3.0 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanın ocağı 6.97 kilometr dərinlikdə yerləşib.

Bununla yanaşı, gün ərzində Balıkesir, Tunceli və İzmir kimi bir neçə bölgədə də yeraltı aktivliklər qeydə alınıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026