• Bakı 26° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Trampın 80 yaşı tamam oldu

DÜNYA

14 Iyun 2026 | 09:06

Trampın 80 yaşı tamam oldu

Bu gün ABŞ prezidenti Donald Tramp özünün 80 illik yubileyini qeyd edir.

Bakıvaxtı.az xəbər verir ki, o, artıq Amerikanın tarixində ən yaşlı liderə çevrilib və öz sələfi Co Baydenin rekordunu geridə qoyub.

2024-cü ildə ikinci dəfə ABŞ prezidenti seçilən zaman Trampın 78 yaşı var idi. Bununla da o, 77 yaşında prezident seçilmiş sələfi Co Baydenin rekordunu təzələmişdi.

Maraqlıdır ki, ABŞ Konstitusiyası prezident seçilmək üçün yalnız minimum yaş həddini – 35 yaşı tələb edir. Ali dövlət vəzifəsi üçün yuxarı yaş məhdudiyyəti isə qanunvericilikdə nəzərdə tutulmayıb.

Buna görə də, əgər Tramp prezidentlik müddətini sonadək başa vurarsa, 2029-cu ilin yanvarında onun artıq 83 yaşı olacaq.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026