Ötən gün Bakıya dolu yağıb. Paytaxtın bəzi ərazilərində şiddətli yağıntı qeydə alınıb.
Müşahidə olunan dolu hadisəsi hazırkı dövr üçün xarakterikdirmi?
Bakıvaxtı.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-in sorğusuna cavab olaraq bildirib ki, Abşeron yarımadasında dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur.
Onun sözlərinə görə, Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir:
“Dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir. Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may–iyun aylarında da qeydə alınır”.
Bakı 




