"Hazırda Bibiheybət və Badamdardakı sürüşmı zonaları ilə bağlı təkliflər verilib ki, həmin sahədə bərkitmə işləri üçün tədqiqat aparaq".
Bakıvaxtı.az xəbər verir ki. bunu bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ondan sonra layihələndirmə işləri görüləcək:
"Bu işlər görüləcək ki, hələcəkdə böyük, ciddi fəsadlar törədən bir məsələ yaranmasın”.
Yetirmişli Bayıldakı sürüşmə ərazisində yaşayan əhalinin oradan köçürüldüyünü xatırladıb:
"Orada fundamental işlər aparmaq lazımdır. Ona görə ki, orada yaşayış yoxdur. Bu, elə bir problemdir. Amma gələcəkdə bu işlər aparılacaq".
Zeynəb Rzayeva
Bakı 




