• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

İran dialoqa üstünlük verir - Pezeşkian

DÜNYA

15 Aprel 2026 | 14:35

İran dialoqa üstünlük verir - Pezeşkian

İran digər ölkələrlə konstruktiv münasibətlər qurmaqda maraqlıdır, lakin xarici güclərin təzyiqlərinə qarşı qətiyyətli mövqe nümayiş etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian özünün "Telegram" kanalında paylaşım edib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Tehran regionda müharibənin tərəfdarı deyil və hər zaman dialoqa üstünlük verir:

"İran sabitliyin tərəfdarıdır və beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığa hazırdır. Lakin heç kim ölkəmizi təslim olmağa məcbur edə bilməz. Bizə qarşı iradə diktə etmək cəhdlərinin hamısı uğursuzluğa məhkumdur. İran xalqı heç bir halda xarici dövlətlərin məcburetmə siyasəti ilə razılaşmayacaq".


SON XƏBƏRLƏR