"AzərEnerji" ASC-nin sədri Baba Rzayev ilə Dünya Bankının enerji üzrə baş mütəxəssisləri – hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunil və yeni tapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerji sektoru üzrə missiya heyəti arasında görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı AZURE layihəsinin icra vəziyyəti, görülən işlərin cari mərhələsi və qarşıdakı dövr üçün fəaliyyət planı ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, Azərbaycanda irihəcmli bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası, bu istiqamətdə həyata keçirilən layihələr və tərəflər arasında əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Bakı 




