• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

İranın daha bir gəmisi ABŞ-nin blokadasını yarıb - YENİLƏNİB

DÜNYA

15 Aprel 2026 | 17:49

İranın daha bir gəmisi ABŞ-nin blokadasını yarıb - YENİLƏNİB

Hörmüz boğazından növbəti İran gəmisi keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti İran mediasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, gəmi ABŞ tərəfindən təhdidlərə baxmayaraq keçib.

Bu gün Tramp "Truth" sosial şəbəkəsində Çinlə münasibətləri qorumaq üçün Hörmüz boğazını həmişəlik açdığını elan edib. Lakin bu qərarın faktiki təsdiqi təqdim edilməyib.

***

13:26

İrana məxsus supertanker və bir gəmi ABŞ-nin blokadasına baxmayaraq, Hörmüz boğazından keçərək İran sularına daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, supertanker sanksiya altında olub, heç bir məxfilik olmadan və məkan müəyyənetmə cihazı işlək vəziyyətdə Hörmüz boğazından İran sularına daxil olub.

Sözügedən supertankerin 2 milyon barel xam neft daşımaq potensialına malik olduğu bildirilir.

Ərzaq məhsulları ilə yüklü gəmi isə İmam Xomeyni adına limana doğru hərəkət edir.


 


SON XƏBƏRLƏR