• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2428

Sosial xərclər hər il artırılacaq - RƏSMİ

CƏMİYYƏT

15 Aprel 2026 | 17:28

Sosial xərclər hər il artırılacaq - RƏSMİ

Dövlət büdcəsindən əhalinin sosial müdəfiəsi xəcləri hər il artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.

Qeyd edilib ki, növbəti illərdə də əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatının gücləndirilməsi məqsədilə büdcədə müvafiq maliyyə təminatı yaradılacaq, bu da öz növbəsində sosial rifahın dəstəklənməsində mühüm rol oynayacaq.

Dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 2027-ci il üzrə 5 mlrd. 84,6 mlrd. manat, 2028-ci il üzrə 5 mlrd. 238,2 mln. manat, 2029-cu ildə 5 mlrd. 596 mln manat, 2030-cu ildə isə 5 mlrd. 619 mln. manat proqnozlaşdırılıb. Başqa sözlə, büdcəsinin sosial xərcləri hər il 150-350 mln. manat civarında artırıla bilər.


SON XƏBƏRLƏR